İsmayıllı Rayon İcra Hakimiyyəti bir-birinin ardınca üç tender müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, qaliblərdən biri fiziki şəxs olub. Ümumilikdə isə tenderlərin predmeti və məbləği aşağıdakı kimidir.
119 min 355.23 manat dəyərindəki "smayıllı rayonu, Q.Aslanov, M.Abbasov, S.Hüseynzadə, E.Dünyamalıyev küçələrində və şəhid C.Bədəlovun yaşadığı küçədə yolların əsaslı təmiri işləri" tenderinin qalibi "İsmayıllı Tikinti-27" ASC, 94 min 730.4 manat dəyərindəki "Abadlıq işləri üzrə mal materialarlın eləcə də uşaq əyləncə atraksionlarının satın alınması" tenderinin qalibi Emil Məlikəhməd oğlu Əliyev, 36 min 567.02 manat məbləğindəki "Küçə işıqları üçün plafonların satın alınması" tenderinin qalibi isə "Buta Supply" MMC olub.
Bağlanmış müqavilələrin ümumi dəyəri 250 min 292.65 manatdır.