Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu Kəlbəcərdə söküntü işlərinə 1,4 milyon – XƏRC ÇƏKƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Heydəroğlu Constructıon” MMC olub.
Qalib şirkətə 1 501 081 manat ödəniləcək.
Bu qiymətə daxildir :
4 819,36 m(3) ərazidə bünövrə və hasarların sökülmə işləri (ekskavator bazasında quraşdırılmış hidroçəkic ilə)
95 436,13 m(3) ərazidə binaların uçurulma metodu ilə sökülmə işləri
23 779,29 m(3) inşaat tullantılarının ekskavatorla maşınlara yüklənməsi
39 235,82 ton inşaat tullantılarının 30 km məsafəyə daşınması
23 779,29 m(3) ərazidə buldozerlə inşaat tullantılarının yayılması