Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası sahəsində aparılan işlərin bir hissəsi Laçın rayonu və Zabux kəndinə düşür.
Cəbrayılda 13,5 milyon manata 85 ev tikiləcək
İndiyədək bu bölgədə onlarla ev inşa və təmir edilib, abadlaşma işləri aparılıb, əraziyə yüzlərlə sakin köçürülüb.
Son günlər havaların kəskin dəyişməsi - yağan yağış və yaranan sel isə əraziyə zərər vurub. Hazırda bölgədə bərpa işləri aparılır.
Xatırladaq ki, azad edildikdən sonra Laçın rayonunun ərazisində aparılan işlərə ümumilikdə 55 milyon manatdan artıq vəsait sərf ediilib və ya edilməkdədir. Bu sahədəki dövlət sifarişləri tenderlərlə verilir.
Maraqlıdır ki, Laçında işlər 2 ildən artıqdır ki, başlansa da, bununla bağlı tenderlərin elanı və sifarişlərin tender vasitəsilə bölüşdürülməsi yalnız ötən ilin sentyabrından başlanıb.
FED.az sözügedən tenderlərin qaliblərini araşdırıb. Belə ki, tenderlər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan edilib və ümumilikdə şirkətlərə 8 tender üzrə 53 531 472 manatlıq sifariş verilib.
Tenderləri sayca ən çox udan şirkət “Rabitəinşaat” ASC olub. Adı çəkilən şirkət eyni zamanda 19 888 293 manatlıq tenderləri udaraq maksimum məbləğdə sifariş alan şirkət olaraq birinci sırada qərarlaşıb.
Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Tarix |
1 |
Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 59 fərdi yaşayış evlərinin tikintisi |
“Rabitəinşaat” ASC |
11 722 793 AZN |
12.06.2024 |
2 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 44 fərdi yaşayış evinin tikintisi |
“Rabitəinşaat” ASC |
8 165 500 AZN |
19.09.2023 |
3 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 43 fərdi yaşayış evinin tikintisi |
“GM Construction” MMC |
8 135 220 AZN |
19.09.2023 |
4 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 30 fərdi yaşayış evinin tikintisi |
“Tunel-Metro Inşaat” ММC |
5 707 121 AZN |
19.09.2023 |
5 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 30 fərdi yaşayış evinin tikintisi |
“Kür-Araz Şirkəti” MMC |
5 619 694 AZN |
19.09.2023 |
6 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 27 fərdi yaşayış evinin tikintisi |
“Konsept Holding” MMC |
5 087 478 AZN |
19.09.2023 |
7 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 26 fərdi yaşayış evinin tikintisi |
“AS-Təmir Tikinti” MMC |
4 758 435 AZN |
19.09.2023 |
8 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 23 fərdi yaşayış evinin tikintisi |
«Minera» MMC |
4 335 231 AZN |
19.09.2023 |