“Azərişıq” ASC “Laçın rayonu Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət “Azərişıq”dan 7,4 milyonluq - SİFARİŞ ALDI
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub.
Qalib şirkətlə 6 321 091 manat məbləğində müqavilə imzalanıb.