Ərazi Tikinti Planlaşdırma İdarəsi "Laçın şəhərinin Baş Planının hazırlanması üzrə layihə işlərinin satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutu (VÖEN: 1700162811) qalib gəlib.
Şirkətlə 250 min manat məbləğində satınalma müqaviləsi imzalanıb .
Bakı Dövlət Layihə İnstitutu bundan əvvəl də Ərazi Tikinti Planlaşdırma İdarəsi ilə "İlkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri" tenderi üzrə 204 594 manatlıq müqavilə imzalayıb (27.05.2022).