Laçın Hava Limanı və Xankəndidə sərhəd nəzarəti sistemlərinin quraşdırılması ilə bağlı tender yekunlaşıb.
Dövlət qurumu böyük həcmdə - 211 ton boya alır – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb.
Tenderin predmeti Laçın Hava Limanı və Xankəndi şəhərində “Giriş-çıxış və qeydiyyat” İAMAS çərçivəsində sərhəd nəzarəti və sənəd fərdiləşdirmə sistemlərinin quraşdırılması üçün avadanlıq, lisenziya və proqram-texniki təminatın satın alınması olub.
Müsabiqənin qalibi “Digismart Tech” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Qalib şirkətin təqdim etdiyi təklifin dəyəri 1 milyon 844 min 622 manat təşkil edir. (Banker)














