FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində müxtəlif strukturlara fərqli çeşiddə, ümumilikdə 212 ton boya alınacaq.
Şərtlərə görə, yerli boyaların satın alınması 1 (bir) il ərzində hissə-hissə təlabat yarandıqca həyata keçiriləcək. Tədarükçü şirkətlər tərəfindən müvafiq uyğunluq sertfikatı, eyni zamanda boya istehsalı sahəsində ixtisaslaşmış müvafiq işçi heyəti haqqında məlumatlar təqdim etməlidir (Texnoloqlar, mühəndis texniki işçilər və s).
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 21 aprel 2026-cı il saat 14:00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2, Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263