Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi “Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "İnşaatçı-Neftçi” MMC olub. Tenderin dəyəri 5 milyon 965 min manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl AĞCABƏDİ MELİORASİYA İDARƏSİ Tərəfindən elan edilmiş 237 min 141 manat dəyərindəki “Kanalların lil və çöküntüdən təmizlənməsi üzrə” tenderinin də qalibi seçilib (07.09.2021).