Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti «İmişli rayonunda Qızılarx kanalının yenidən qurulması (I mərhələ)» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Gidromaşservis» QSC olub. Şirkətlə 17 milyon 817 min 949 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl qurumun 880 min 008 manat dəyərindəki “İmişli rayonunun Cəfərli kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” satın alınması” (29.11.2021) tenderini qazanıb.