Azərbaycanda kotirovka üsulu ilə bağlı satınalmalar üzrə yeni qaydalar tətbiq ediləcək.
Azərbaycanda etibarsız təchizatçılar barədə məlumatlar satınalmalar portalına - DAXİL EDİLƏCƏK
FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan «Dövlət satınalmaları haqqında» yeni qanun layihəsində nəzərdə tutulur.
Qanuna görə, ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu ilə keçirilə bilər.
Bununla yanaşı, satınalmanın məbləğindən asılı olaraq təchizatçılar fərqli olacaq.
Belə ki, ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir:
ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar;
ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda – mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar.
Başqa sözlə, böyük şirkətlər kotirovka sorğusunda iştirak edə bilməzlər.
Qanunda həmçinin bildirilir ki, məbləği 30 min manatadək olan kotirovka sorğusu Maddə 36.1.1 səbəbindən (iştirakçıların sayının az olması səbəbindən) baş tutmasa, bu kotirovka sorğusu yenidən keçiriləcək, amma bu dəfə mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar da iştirak edəcək.
Maddə 36.1.1. bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda;