Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Astara rayonu Astara sərhəd çayının 138-141 saylı sərhəd nişanları ərazilərində sərhəd yolunun və kommunikasiya qurğularının, Qapıçı məhəllə və Alaşa kəndlərinin sel sularından mühafizəsi” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub. Şirkətlə 3 milyon 107 min 366 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 12 milyon 261 min 038 manat məbləğindəki “Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası” tenderini (12.10.2022) qazanıb.