Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində təmir və bərpa işlərinin aparılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln. manat - XƏRCLƏNƏCƏK
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "ORN Group" MMC-dir.
Qalib şirkətə 645 min manat ödəniləcək. (Report)