Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Təhsil Nazirliyinin 5,1 milyon manatlıq tenderinin qalibi – BƏLLİ OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC olub.
Şirkətlə 12 311 427 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Koneks Construction” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, ev 39, m. 202 ünvanında yerləşir.