Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş tender ləğv olunub.
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Nazirlik uniformalar satın alacaqdı, tender ləğv edildi - SƏBƏB
FED.az xəbər verir ki, sözügedən tender dini maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı elan edilmişdi.
Satınalma üzrə müsabiqənin ehtimal olunan dəyəri 298 209 manat idi. Lakin “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, tenderdə iştirak etmək üçün tələb olunan sayda təchizatçı müraciət etmədiyi üçün satınalma prosesi dayandırılıb. Rəsmi açıqlamada qeyd olunur ki, qanunvericiliyin tələb etdiyi minimum təklif sayı təmin edilmədiyindən komissiya tenderi ləğv etmək qərarı qəbul edib.
Tender elanı 29 iyul 2025-ci il saat 15:12-də dərc edilmiş, təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı isə 19 avqust 2025-ci il saat 16:00 olaraq müəyyən edilmişdi.