Müdafiə Sənayesi Nazirliyinin “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC tərəfindən elan edilmiş tender ləğv edilib.
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
FED.az xəbər verir ki, sözügedən tender idarənin şəxsi heyəti üçün uniformaların satın alınması məqsədilə elan edilmişdi.
Tenderin ehtimal olunan qiyməti 229 844 AZN müəyyən olunmuşdu. Satınalma müsabiqəsi 4 avqust 2025-ci il tarixində saat 14:48-də dərc edilmiş, təkliflərin son təqdim olunma tarixi 14 avqust 2025-ci il saat 15:00, zərflərin açılış tarixi isə eyni gün saat 15:00 olaraq müəyyənləşdirilmişdi.
Lakin “Dövlət Satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğundan satınalmanın keçirilməsi mümkün olmayıb. Bu səbəbdən satınalma komissiyası tenderin ləğv edilməsi qərarını qəbul edib.