Dövlət satınalmaları portalı vasitəsilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan edilmiş tenderlərin qalibləri arasında “Konsept Holding” MMC-də yer alır.
Cəbrayılda 9 milyon manatlıq tenderləri bu şirkətlər uddu - SİYAHI
FED.az xəbər verir ki, “Konsept Holding” MMC yalnız Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan sifariş alıb. Şirkət 2019-cu ildən bəri fondun 12 tenderinin qalibi olub. Tenderlərin ümumi dəyəri 41 004 352 manat həcmindədir.
Ən iri məbləğli tender Laçın rayonunda tikinti və abadlıq işləri ilə bağlı olan tender olub və “Konsept Holding” MMC həmin tender üzrə nə az, nə çox 16 915 883 manatlıq sifariş qəbul edib. Şirkətin qalib olduğu tenderlərin cəmi 3-ü bir milyon manatdan azdır.
Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nasir Mustafazadə Nadir oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
1 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri |
16 915 883 AZN |
21.12.2023 |
2 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 27 fərdi yaşayış evinin tikintisi |
5 087 478 AZN |
19.09.2023 |
3 |
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi |
3 824 098 AZN
|
29.07.2020 |
4 |
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 №-li yaşayış binasının tikintisi |
3 277 730 AZN
|
19.11.2020 |
5 |
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 7 №-li yeni yaşayış binasının tikintisi |
3 104 257 AZN |
26.12.2019 |
6 |
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binasının tikintisi |
2 880 960 AZN |
24.04.2020 |
7 |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsıl müəssisəsinin tikintisi (Bina №1) |
1 734 875 AZN |
05.06.2024 |
8 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri |
1 371 830 AZN |
02.08.2023 |
9 |
Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli 24 mənzilli 4 №-li binanın tikintisi |
1 150 180 AZN |
21.09.2020 |
10 |
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri |
720 300 AZN |
15.11.2023 |
11 |
Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində zəruri texniki infrastrukturu olan 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri |
600 764 AZN |
12.12.2019 |
12 |
Laçın rayonunun Sus yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri |
335 997 AZN |
07.07.2023 |