Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunda elektrik təchizatı və tikinti işləri ilə bağlı 3 tenderə yekun vurub.
Qarabağda böyük tikinti tenderləri uduldu – 90 milyon manatlıq sifariş – ŞİRKƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, elan edilmiş tenderlər çərçivəsində Cəbrayılda Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsıl müəssisəsinin tikintisi və sahədaxili rabitə və elektrik işlərinin satınalınması nəzərdə tutulub.
Fond tenderlərin qaliblərinə ümumilikdə 9 070 892 manat ödəyəcək.
Ən iri məbləğli tederi "Azərtranss" MMC udub. Adı çəkilə şirkət 6 053 467 manat dəyərində tenderin qalibi seçilib. Şirkətlər haqqında daha ətraflı :
Qeyd edək ki, "Azərtranss" MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Adil Qasımov Məmməd oğludur. Hüquqi ünvanı AZ3500, Qazax rayonu, Qazax şəhəri, Heydər Əliyev, ev 58/5 ünvanında yerləşir.
Qeyd edək ki, "Fibernet-Telecom" MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Aygün İsmayılova Müslüm qızıdır. Hüquqi ünvanı AZ1090, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu (Buzovna qəs.), ev döngə 12, m. Şuşa 2 ünvanında yerləşir.
Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nasir Mustafazadə Nadir oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə :
Qalibin adı |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili elektrik təchizatı |
"Azərtranss" MMC |
6 053 467 AZN |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi |
"Fibernet-Telecom" MMC |
1 282 550 AZN |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsıl müəssisəsinin tikintisi (Bina №1) |
"Konsept Holding" MMC |
1 734 875 AZN |