Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Publik Hüquqi Şəxs məsləhər xidməti üçün 287 min manat xərcləyəcək.
Eləcə də bax: KOBİA Gəncədə - MƏRKƏZ AÇIR
FED.az xəbər verir ki, KOBİA “Universitas-İnternational” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə Sumqayıt şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği isə 287 min 11 manatdır.
Bildirək ki, “Universitas-İnternational” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Araz Paşayev Nadir oğludur.
Onu da qeyd edək ki, “Universitas-İnternational” şirkəti geniş idarəetmə və texniki universitet və kollec sertifikat kursları təklif edən yeganə təlim təşkilatıdır.