İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyyətə başlaması üçün lazım olan təşkilati işlərin görülməsi, həmçinin mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması üçün açıq tender elan edib.
Eləcə də bax: Bakıda Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi yaradılır
FED.az xəbər verir ki, İddiaçılar ilkin sənədləri iyunun 19-u, saat 16:00-a qədər, tender təklifi və onun bank təminatını isə iyunun 30-u, saat 16:00-a qədər dövlət satınalmaları vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Nəticələr iyulun 1-də, saat 16:00-da portalda açıqlanacaq. (Report)