İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda Kiçik və Orta Biznesin (KOB) İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB subyektlərinə təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri üçün açıq tender elan edib.
Eləcə də bax: KOBİA 2019-cu ilin maliyyə - HESABATINI AÇIQLAYIB
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 5-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyunun 16-na qədər KOBİA-nın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun təchizat şöbəsinin müdiri Nihad Axundovdur (Telefon: (012) 404-04-01).
Tenderin nəticəsi iyunun 17-də, saat 16:00-da dövlət satınalmalarının vahid internet portalında açıqlanacaq. Qalib işi ən geci 1 il müddətində təhvil verilməlidir.
Report