“Azərişıq” ASC “110/35/10 kV-luq "Qamışlı yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidənqurulması” tenderinin nəticələrini elan edib.
Qarabağın 2 rayonunda elektrik yarımstansiyaları tikilir - 7 MİLYONLUQ TENDERLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy” MMC olub.
Qalib şirkətə 16 222 150 manat ödəniləcək.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.