"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300300711) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisidir. Ehtimal olunan qiymət 5 381 540 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 20 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Yusif Hüseynov - Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini
[email protected]
+994 55 225 12 31
İddiaçıların tələb olunan sayı: 2
İddiaçılar təkliflərini 20 aprel 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.












