“Azərişıq” ASC tərəfindən Kəlbəcər şəhərində həyata keçiriləcək mühüm infrastruktur layihəsinin icrası üçün keçirilmiş tenderin qalibi bəlli olub.
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
FED.az xəbər verir ki, tender “Kəlbəcər şəhəri (1-ci faza) üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri”ni əhatə edir.
Layihənin icrası üçün keçirilmiş tenderin qalibi “Smart Energy Services” MMC olub. Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 2.362.043,52 manat təşkil edir.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.