Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsində genişmiqyaslı infrastruktur layihəsi həyata keçiriləcək.
Avropada yol şousu olacaqdı, 873 minlik plan "yolda qaldı" – TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, layihə çərçivəsində birinci mərhələdə 547 fərdi yaşayış evi, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol-küçə şəbəkəsinin tikintisi, eləcə də abadlıq işləri aparılacaq.
Fondun elan etdiyi bu iri həcmli tenderin qalibi "Amazone" MMC (VÖEN: 1402350191) olub. Tenderin ümumi dəyəri 120.628.652,59 manat təşkil edir. Bu, son illərdə bölgələrdə həyata keçirilən ən iri tikinti müqavilələrindən biri hesab olunur.
Tikinti işləri 855 ailənin yerləşəcəyi yeni yaşayış məntəqəsinin qurulmasını nəzərdə tutur və bu layihə məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesində mühüm addım sayılır.
Qeyd edək ki, "Amazone" MMC 4 oktyabr 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 82 “C”-də yerləşir. Nizamnamə kapitalı cəmi 100 manat olan şirkətin qanuni təmsilçisi Əbülfət Şükürov Tapdıq oğludur.