“MİDA” MMC «Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində ərazinin şəhərsalma əsaslandırılması, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və sair) hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Kapiatl MMC” olub. Şirkətlə 582 min 287 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Dövlət Vergi Xidmətinin 56 min 419 manat dəyərindəki “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin yeni inzibati binasının tikinti işlərinin yerinə yetirilməsinə dair layihə-smeta sənədlərində əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar işlərin görülməsi” (20.12.2021) tenderini qazanıb