Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozu “İstixana kompleksinin” tikilməsi ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i:1500125471
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Muxtar Fətəliyev küçəsi, 15
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.08.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 01.09.2023 09:00
Çatdırılma yeri - Bakı şəhəri, Suraxanı rayonu, Muxtar Fətəliyev 15
Çatdırılma müddəti - Dekabr 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Malgöndərənin (podratçının) tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlumat;
Malgöndərənin (podratçının) müvafiq sahə üzrə fəaliyyətinə icazə verilən lisenziyalar və əsas şərtlər toplusuna uyğun olaraq ixtisas göstəricilərini müəyyən edən sənədlər;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nazim Musayev, Baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0503407922