Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən elan olunan iki tender ləğv olunub.
Mobil sağlamlıq platforması yaradılacaqdı - TENDER LƏĞV EDİLDİ
14 milyonluq alış dayandı: Nazirliyin tenderləri niyə ləğv edildi?
FED.az xəbər verir ki, hər iki tenderin ləğv edilmə səbəbi eyni olub. Hər iki tender üzrə qanunvericiliyin tələblərinə əsasən ən azı üç təchizatçı iştirak etməli olduğu halda bu say təmin olunmadığından prosedurlar dayandırılıb.
Birinci ləğv olunan tender Quba DOST və Peşə Hazırlığı Mərkəzinin xarici qaz təchizatı üzrə tikinti işlərinin satın alınmasına aid idi. 02 iyul 2025-ci il tarixində dərc edilən tender müsabiqəsi üzrə ehtimal olunan qiymət 16 195 manat olaraq müəyyən edilmişdi. Təkliflərin son qəbul tarixi 24 iyul saat 16:00 idi və həmin tarixdə eyni saatda zərflərin açılışı da nəzərdə tutulmuşdu. Lakin "Dövlət Satınalmaları Haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən tender ləğv edilib.
İkinci ləğv edilən tender isə Agentliyin özü, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün çap, mətbəə, promo materiallar, möhür və ştampların satın alınmasına dair idi. Bu tender müsabiqəsi 01 iyul 2025-ci il tarixində dərc edilmişdi və ehtimal olunan dəyəri 133 909,29 manat təşkil edirdi. Təkliflərin təqdim olunması və açılışı 23 iyul saat 16:00-da planlaşdırılmışdı. Bu satınalma üzrə də üçdən az təklif daxil olduğuna görə, eyni qanun maddəsinə əsasən ləğv qərarı verilib.