Dövlət Turizm Agentliyi elan etdiyi tenderi yekunlaşdırıb.
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
FED.az xəbər verir ki, Agentlik “Neugest 1957 SLU” (VÖEN: A-08663619) şirkəti ilə Xizək zolaqlarının və kanat yollarının idarəedilməsi üzrə məsləhət, audit və təlim xidmətlərinin keçirilməsinin satın alınması üçün müqavilə imzalayıb.
Müqavilənin dəyəri 1 milyon 132 min 625 manat təşkil edir və bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Şirkət İspaniyada fəaliyyət göstərir və turizm strategiyaları üzrə beynəlxalq təcrübəyə malikdir.










