Qarabağ Dirçəliş Fondu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin (bundan sonra Qarabağ və Şərqi Zəngəzur) beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli Kommunikasiya Strategiyasını işlənib hazırlanması xidməti (Rusiya) (26.400.000,00-RUBL)” tenderinin nəticələrini elan edib.
Qubadlıda tikinti-quraşdırma işləri ilə bağlı - 33 MİLYON MANATLIQ TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “B.Bright Communications” MMC (Rusiya) olub.
Qalib şirkətlə 26 400 000 rubl məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “B.Bright Communications” MMC Rusiya mərkəzli marketinq və kommunikasiya şirkətidir. Şirkət əsasən ictimai əlaqələr, rəqəmsal strategiya, brend konsultasiyası və tədbir marketinqi kimi xidmətlər göstərir.