“Təmiz Şəhər” ASC “İşğaldan azad edilmiş Xankəndi şəhəri, Xocalı, Xocavənd və Ağdərə rayonlarında yerləşən yaşayış binalarının boş qalmış mənzillərinin və fərdi evlərin məişət tullantılarından (qida və pal-paltar) təmizlənməsi və daşınması xidmətləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC olub.
Qalib şirkətlə 659 000 manat məbləğində müqavilə imzalanıb.