Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Tikinti-Təchizat Birliyi" MMC bu günlərdə iki satınalma prosedurunu başa çatdırıb. Hər iki tender üzrə qalib şirkətlərlə müqavilə imzalanıb.
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
FED.az xəbər verir ki, birinci tender “Caspel” MMC ilə bağlanıb. Bu müqavilə çərçivəsində “İnsan resurslarının idarə edilməsi” informasiya sisteminin texniki dəstəklənməsi və funksionallığın inkişaf etdirilməsi xidmətləri göstəriləcək. Tenderin dəyəri 165 719 manat təşkil edir.
İkinci tenderin qalibi isə “Uma” MMC olub. Bu şirkət “Təşviqat və maarifləndirmə materiallarının hazırlanması” işlərini həyata keçirəcək. Bu xidmət üçün şirkət 108 454 manat qazanıb.
Beləliklə, hər iki tenderin ümumi dəyəri 274 173 manat təşkil edir.