“İnnovasiya və Təchizat Mərkəzi” şəkərli diabet xəstələri üçün dərman vasitələrinin satınalmasını həyata keçirib.
FED.az xəbər verir ki, satınalmanın qalibi “Avromed Company” QSC olub.
Müqavilənin ümumi dəyəri 4 milyon 865 min 118,76 manat təşkil edir.
“İnnovasiya və Təchizat Mərkəzi”nin “Avromed Company” şirkətinə həvalə etdiyi tenderlər ümumilikdə aşağıdakılardır:
|
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
1 |
"Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri"nin satın alınması |
4 865 118,76 |
06.11.2025 |
|
2 |
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması |
702 505,92 |
13.06.2025 |
|
3 |
“Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satin alınması |
51 214 262,83 |
18.04.2025 |
|
4 |
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması (2025-ci il üzrə) |
16 333 897,48 |
12.03.2025 |
|
5 |
“Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması |
803 698 |
12.02.2025 |
|
6 |
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması |
79 804,58 |
15.10.2024 |
|
7 |
Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması |
785 962,01 |
07.10.2024 |
|
8 |
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması |
16 163 734,4 |
21.08.2024 10:08 |
|
9 |
"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması |
50 239 833,4 |
31.07.2024 |
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.













