“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tibbi məhsulların və avadanlıqların satın alınması üzrə tenderlərin qaliblərini elan edib.
FED.az xəbər verir ki, keçirilmiş tenderlər nəticəsində aşağıdakı şirkətlər qalib olub:
“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş sarğı məqsədli sərfiyyat malları” üzrə qalib Terra Pharm olub. Qalib şirkətə 2 milyon 761 min 623,03 manat ödəniləcək.
“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş oftalmoloji avadanlıqlar” üzrə qalib Vitta Elmi-Texniki seçilib və ona 10 milyon 232 min 901 manat ödəniləcək.
“Bakterioloji müayinədə istifadə olunacaq testlər” üzrə qalib Spektr Med olub, məbləğ 12 milyon 906 min 638,22 manat təşkil edir.
“Ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri” üzrə qalib Zeytun Pharmaceuticals seçilib və ona 3 milyon 838 min 441,47 manat ödəniləcək.
Beləliklə qurum 4 şirkətə ümumilikdə 29 milyon 739 min 603,72 manat ödəyəcək.