Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Qalib şirkətlər "ALLİNTERTORG" MMC və "MAC CONSTRUCTION" QSC (VÖEN: 1503100631; 1805002641) birgə konsorsiumudur.
Həmin şirkətlərə 8.999.266 manat ödəniləcək.
Qeyd edək ki, çatdırılma müddəti üqavilənin icrası müqaviləsi imzalandıqdan sonra 15 ay müddətində nəzərdə tutulmuşdur.