Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsi tərəfindən təsərrüfat mallarının satın alınması məqsədilə elan edilən tender ləğv edilib.
Dövlət Fondunun ISO sertifikatlaşdırma planı kağız üzərində qaldı – TENDER LƏĞV EDİLDİ!
FED.az xəbər verir ki, ləğvetmə səbəbi olaraq, müsabiqədə iştirak üçün tender təklifi təqdim edən iddiaçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyin tələblərinə əsasən, tenderin davam etdirilməsi üçün ən azı üç iddiaçının iştirakı tələb olunur. İddiaçıların sayının yetərli olmaması səbəbindən satınalma prosedurunun dayandırılması qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.
Tender müsabiqəsinin detallarına görə, satınalmanın ehtimal olunan dəyəri 295 595,90 AZN təşkil edirdi. Müsabiqənin elan edildiyi tarix 10 fevral 2025-ci il, saat 00:35, təkliflərin son təqdim olunma tarixi isə 3 mart 2025-ci il, saat 15:00 idi. Həmin gün və saatda təkliflərin zərflərinin açılması planlaşdırılmışdı.