İctimai Səhiyyə İslahatlar Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasının 2022─2026-cı illərdə Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində müxtəlif tədbirlərin, tədqiqatların keçirilməsi, metodik tövsiyələrin və topluların hazırlanması, Medinex-2023 sərgisinin hazırlanması və Sağlamuşaq portalı üçün 30 mövzuda infoqrafika, müəllimlər üçün 30 test, əlavə mövzular üzrə 30 video çarx hazırlanması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300204371
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu , H.Zərdabi 96
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.09.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 04.09.2023 11:00
Çatdırılma yeri - H. Zərdabi 96
Çatdırılma müddəti - 31.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mətanət İbadova, Menecer
Email: [email protected]
Əlaqə telefonu: +994124316088
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Bakı şəhəri əhalisinin ölümünə təsir edən havanın çirklənməsinin qarşısının alınmasının qiymətləndirilməsi |
Bakı şəhər əhalisinin ölümünə səbəb olan havanın çirklənməsinə dair tədqiqatlar PM2.5 hissələri ilə aparılacaq. Bu tədqiqat Bakıda PM2.5 hissələri hava çirkliliyinin səviyyəsini azaltmağa yönəlmiş təşəbbüslərin səmərəliliyinin qiymətləndirilməsi üçün bir vasitə kimi xidmət edəcəkdir |
1 |
ədəd |
2 |
Əhalinin fövqəladə hallardan mühafizəsi üzrə metodiki və tədris-təbliğat materiallarının yaradılması |
Nüvə və digər kütləvi qırğın silahından istifadə təhlükəsi olduğu halda əhali arasında aparılmalı profilaktik işlər, eləcə də həyata keçirilməli olan təhlükəsizlik tədbirləri, davranış qaydalarına (təxliyə zamanı xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət qaydaları, eləcə də müəyyən ediləcək ən yaxın sığınacaqlarda yerləşmə qaydaları və s.) dair Təlimatların və maarifləndirmə materiallarının işlənib hazırlanması planlaşdırılır. |
1 |
ədəd |
3 |
Sağlam həyat tərzinə riayət edən vətəndaşların sayının öyrənilməsi üçün araşdırmanın keçirilməsi |
Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, uyğun olaraq Sağlam həyat tərzinə riayət edən vətəndaşların sayının öyrənilməsi üçün və 3.3.7.1 indikatorunun yerinə yetirilməsi üçün sorğu/araşdırma keçirilməsi nəzərdə tutulur. |
1 |
ədəd |
4 |
Böyüklər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisini öyrənməsi üçün araşdırmanın keçirilməsi |
Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, uyğun olaraq böyüklər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisini öyrənməsi üçün 3.3.7.3. indikatorunun yerinə yetirilməsi üçün sorğu/araşdırma keçirilməsi nəzərdə tutulur. |
1 |
ədəd |
5 |
Yoluxucu xəstəliklər, pediatriya, ginekologiya və terapiya mövzuları üzrə protokol toplularını tərtib edilməsi |
İlkin tibbi yardım həkimləri üçün mövcud olan və EBMG saytında yerləşdirilən klinik protokollara əsaslanaraq, yoluxucu xəstəliklər, pediatriya, ginekologiya və terapiya mövzuları üzrə seçilmiş protokolların toplularını tərtib edilməsi, formatlanması və çapa hazırlanması |
1 |
ədəd |
6 |
Qadınlar arasında ailə planlaşdırılması məlumatlılıq səviyyəsinin öyrənməsi üçün araşdırmanın keçirilməsi |
Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, uyğun olaraq reproduktiv yaşda olan qadınlar arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə üzrə məlumatlılıq səviyyəsinin öyrənməsi və 3.3.1.4. indikatorunun yerinə yetirilməsi üçün sorğu/araşdırma keçirilməsi nəzərdə tutulur. |
1 |
ədəd |
7 |
Analar arasında profilaktik immunizasiyaya səviyyəsinə məmnunluğu öyrənməsi üçün araşdırmanın keçirilməsi |
Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, uyğun olaraq uşaq olan analar arasında profilaktik immunizasiyaya səviyyəsinə məmnunluğu öyrənməsi üçün və 3.3.2.3. indikatorunun yerinə yetirilməsi üçün sorğu/araşdırma keçirilməsi nəzərdə tutulur |
1 |
ədəd |
8 |
Saglamusaq portal üçün 30 mövzuda infoqrafika hazırlaması, müəllimlər üçün 30 testlər, əlavə mövzular üzrə 30 video çarx hazırlamaq. |
Yaranmaqda olan məktəblilərin sağlamlığına həsr edilmişdir www.saglamusaq.az portalı üçün Azərbaycan üzrə statistik məlumatlar əsasında 30 mövzuda infoqrafika hazırlamaq, müəllimlər və valideynlər üçün 25 testlər, əlavə mövzular üzrə 30 video çarx hazırlamaq. |
1 |
ədəd |
9 |
Medinex - 2023" tibbi sərginin hazırlanması və iştirak etməsi |
İSİM hər il keçirilən tibb sərgisində Səhiyyə Nazirliyi adından iştirak edəcək. Sərgidə iştirak etmək üçün stend icarəyə götürmək və digər xidmətlər üçün ödəniş etmək lazımdır. Həkimlərə paylanmaq üçün müxtəlif bukletlər və təbliğat materialları hazırlanaraq çap olunacaq |
1 |
ədəd |