Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 2 ədəd açıq tender elan olunub.
Dövlət qurumu 2,4 milyon dəyəri olan 5 tender elan etdi - ŞƏRTLƏR
FED.az xəbər verir ki, birinci tender büdcədənkənar vəsait hesabına Tovuz rayonunda abadlıq işlərinin görülməsini nəzərdə tutur. Sözügedən tenderin ehtimal olunan qiyməti 92 002 AZN təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 29 avqust 2025 saat 11:00, zərflərin açılışı isə eyni tarix və saatda baş tutacaq. İştirak haqqı 184 AZN-dir.
İkinci tender Tovuz rayonunda mənzil fondunun əsaslı təmir işlərini əhatə edir. Layihənin dəyəri 141 009 AZN olaraq müəyyən edilib. Təkliflərin son təqdim olunma tarixi 28 avqust 2025 saat 11:00, zərflərin açılışı isə həmin gün eyni saatda həyata keçiriləcək. İştirak haqqı 250 AZN-dir.
2 tenderin ümumi ehtimal olunan dəyəri 233 011 AZN təşkil edir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Alı İbrahimov, Şöbə müdirnin müavini
Email : [email protected]
Əlaqə telefonnu: +994 55 804 25 35