Regional Su Meliorasiya Xidməti PHŞ tərəfindən 5 ədəd açıq tender elan olunub.
Dövlət qurumu 25 milyon manata nə tikdirəcək? - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, tenderlər müxtəlif infrastruktur və avadanlıq təmir işlərini əhatə edir.
Birinci tender “Subartezian quyuları üçün təmir aqreqatlarının” satın alınmasını nəzərdə tutur. Tenderin ehtimal olunan dəyəri 1 764 000 AZN təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 4 sentyabr 2025 saat 17:00, zərflərin açılışı isə eyni tarix və saatda həyata keçiriləcək. İştirak haqqı 600 AZN-dir.
İkinci tender Bəşəru sugətirici mövcud trapes en kəsiyə malik dəmir-beton üzlüklü beton kanalın (L=650 pm) əsaslı təmirini əhatə edir. Tenderin ehtimal olunan qiyməti 230 000 AZN-dir. Təkliflərin son təqdim olunma tarixi 29 avqust 2025 saat 18:00, zərflərin açılışı isə həmin tarix və saatda olacaq. İştirak haqqı 350 AZN-dir.
Üçüncü tender Quzanlı-2 nasos stansiyasının qidalandırdığı N-3 torpaq məcralı kanalın beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmirini (1,1 km) nəzərdə tutur. Ehtimal olunan qiymət 105 000 AZN-dir. Təkliflərin son təqdim olunma tarixi 13 avqust 2025 saat 17:00, zərflərin açılışı da eyni tarix və saatda baş tutacaq. İştirak haqqı 250 AZN təşkil edir.
Dördüncü tender 1 aqreqatlı Arayatılı-1 tərpənməz nasos stansiyasının əsaslı təmirini əhatə edir. Tenderin ehtimal olunan dəyəri 215 000 AZN-dir. Təkliflərin son təqdim olunma tarixi 13 avqust 2025 saat 17:00, zərflərin açılışı eyni tarixdə keçiriləcək. İştirak haqqı 350 AZN-dir.
Beşinci tender isə Sabirabad SMSİİ-nin Balvar 2 aqreqatlı ÜNS-ın əsaslı təmirini (gəmi, nasos, elektrik mühərriki, avadanlıq işləri) əhatə edir. Ehtimal olunan qiymət 90 000 AZN-dir. Təkliflərin son təqdim olunma tarixi 8 avqust 2025 saat 17:00, zərflərin açılışı isə həmin gün eyni saatda olacaq. İştirak haqqı 180 AZN-dir.
Tenderlər üzrə məsul şəxs Satınalmaların təşkili sektorunun müdiri Elşad Fərəcovdur. Əlaqə üçün e-poçt: [email protected], telefon: +994 12 377 07 70 (601).