Bakı Şəhər İcra hakimiyyətinin nəzdindəki Ərazi Tikinti-Planlaşdirma Mərkəzi (VÖEN 1702590101) minik avtomobillərinin alınması üzrə tender elan edib.
FED.az xəbər verir ki, tender çərçivəsində 10 ədəd hibrid avtomobil alınması nəzərdə tutulur.
Avtomobillər üçün tələblər: 1,5 litr mühərrik, Plug-in Hibrid Batareya ilə - 200 - 300 a.g Daxili yanma mühərriki ilə 75 – 150 a.g, Ban növü - Crossover / Offroader / SUV, Klirens (mm) – 180-200 Surətlənmə (0-100 san) – 6.5-8.5 saniyə təşkil etməlidir.
Avtomobilin qarışıq yanacaq sərfiyyatı (L/100 km) – 4-6 litr olmalıdır.
Tələblər göstərir ki, dövlət qurumu Çin və Koreya avtombili almağı planlaşdırır. 10 avtomobilin alınması üçün ehtimal olunan qiymət 421 min manatdır.
Tender üzrə təklifləri sentyabrın 29-dək təqdimetmək olar. Zərflər də həmin gün açılacaq.
Tenderdə iştirak haqqı: 350 manat, istifadə haqqı 25 manat nəzərdə tutulur.
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi Rüfət Qasımovdur - [email protected] / +994 12 492 31 89 (771)