İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda məlumatların sonrakı emalı və təhlili məqsədilə DWH (Data Warehouse) sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 14.09.2023 18:35
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 16.10.2023 16:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin Əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 10 (on) bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170.
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra mallar (işlər və xidmətlər) İcraçı tərəfindən 12 (on iki) aydan gec olmayaraq Sifarişçiyə təhvil verilməlidir.
Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra mallar (işlər və xidmətlər) İcraçı tərəfindən 12 (on iki) aydan gec olmayaraq Sifarişçiyə təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqlar.
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu.Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqlar.
Tender təklifi - Qiymət təklifi: 100 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)