"İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi" açıq tender elan edir .
FED.az xəbər verir ki, elanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin istifadəsində olan 22 ədəd xidməti minik avtomobilləri üçün GPS izləmə cihazlarının quraşdırılması və quraşdırılmış GPS trekerlərə 12 ay müddətinə texniki dəstək xidmətlərinin göstərilməsinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1701911851
Satınalan təşkilatın ünvanı : Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı : 13.09.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 04.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 12.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı : 13.10.2023 16:00
Ödəniş şərtləri - Texniki dəsdək xidmətlərinə görə ödənişlər İcraçı tərəfindən ödəniş sənədləri (təhvil-təslim aktı, hesab-faktura, elektron qaimə-faktura) təqdim edildikdən sonra hər təqvim ayına görə növbəti ayın 10-dan gec olmamaq şərtilə Sifarişçi tərəfindən icra ediləcəkdir.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170.
Çatdırılma müddəti - Xidmətlər satınalma müqaviləsi imzalandığı və GPS trekerlər quraşdırıldığı tarixdən etibarən 12 ay müddətinə hər ay üzrə təhvil verilməlidir.
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Anar Rəhimov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)
GPS nəzarət sistemi vasitəsi ilə müvafiq hesabatların alınması, elektron xəritədə canlı olaraq izlənməsi xidməti, həmçinin yerləşdiyi dəqiq ünvana, avtomobilin sürətinə, avtomobilin kilometrajı (getdiyi məsafə), sürücü davranışına, avtomobilin təhlükəsizliyinə, mühərrikin yağına, avtomobilin yanacaqına, təkərlərin təyziqinə nəzarət və s. kimi funksionallıqlar təmin edilməklə. - 22 ədəd