“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““İnformasiya təhlükəsizliyi siyasətinin tətbiq edilməsi məqsədilə proqram təminatlarının və quraşdırılma işlərinin görülməsi”nin satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 11-də başlayır, tələb olunan sənədlər dekabrın 1-dək, tender təklifləri isə dekabr ayının 9-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 12-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16