Salyan Rayon İcra Hakimiyyəti “Salyan şəhərində abadlıq işləri"nin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC olub. Şirkətlə 896 min 750 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 159 min 550 manat dəyərindəki “Ağdam rayonu məcburi köçkün qəsəbəsində asfalt yol örtüyünün təmiri” (13.12.2021) tenderini qazanıb.