İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrində təmir-bərpa işləri ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i:1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Satınalma predmeti: Yaşayış sahələrində təmir-bərpa işləri
ÜSL kod (kateqoriya): 45432000-4 Döşəmə və örtük, divar örtməsi və divar kağızı işləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 28.04.2023 13:05
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 01.06.2023 10:00
Çatdırılma yeri - Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu
Çatdırılma müddəti - Satınalma müqaviləsinin icra müddəti 1 il nəzərdə tutulur.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Adil Sadıqov, Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 441-24-23 (daxili 226)
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün ərizə
Nizamnamə
Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış
VÖEN
Lisenziya
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr)
İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını, habelə iş təcrübəsini təsdiq edən sənədlərin surətləri
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların Müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında müvafiq dövlət qurumundan arayış
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən müvafiq dövlət qurumundan arayış
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət qurumundan arayış
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq dövlət qurumundan arayışlar
Bank rekvizitləri
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
1 Kafel və ya metlaxın sökülməsi -m² -2550 2 Divar və ya döşəmənin hamarlanması -m² -2550 3 Döşəməyə hamarlayıcı qatın verilməsi (material daxil) -m² -1100 4 Döşəmə və ya divarın izolatexlə izolyasiya olunması (material daxil) -m² -2700 5 Kafel və metlaxın vurulması (material daxil) -m² -2550 6 Kafel və ya metlaxın dəyəri -m² -2550 7 Döşəmədə laminatın sökülməsi -m² -7300 8 Həmçinin, diktin sökülməsi -m² -1200 9 Döşəmənin laqalarla toxunması (material daxil) -m² -600 10 Döşəməyə 15 mm lik DVP diktin vurulması (material daxil) -m² -1200 11 Döşəməyə laminatın vurulması -m² -7300 12 Dikt 15 mm lik dəyəri -m² -660 13 33-cü sinif laminatın dəyəri -m² -7300 14 Kombinin təmiri -dəst -100 15 Divar kağızlarının sökülməsi -m² -12200 16 Divar səthinin divar kağızının vurulması üçün hazırlanması (material daxil) -m² -12200 17 Divar kağızlarının vurulması -m² -12200 18 Divar kağızının dəyəri -m² -12200 19 Tavanda çat yerlərinin təmiri (material daxil) -m² -4200 20 Tavanda paduqanın vurulması (material daxil) -p/m -1650 21 Tavanın boyanması (material daxil) -m² -4200 22 Divarlarda oyuğun sahəsi 3 m²-dək olan qapı bloklarının tənzimlənməsi m² 1450 23 Divarlarda oyuğun sahəsi 3 m²-dək olan qapı bloklarının quraşdırılması -m²- 145 24 Sahəsi 3 m²-dək olan qapı bloklarının dəyəri -m² -145 25 Qapı kilidlərinin dəyişdirilməsi -dəst -100 26 Hündürlüyü 2,1 m-dək olan qapı bloklarının haşiyələrinin tənzimləməsi -p/m -1200 27 Hündürlüyü 2,1 m-dək olan qapı blokları üçün haşiyənin dəyəri -p/m -760 28 Sahəsi 1 m²-dək olan plastik çərçivəli pəncərə və balkon qapılarının 2 qat şüşəpaketi ilə şüşələnməsi -m² -180 29 Qalınlığı 4 mm olan qeyri-parlaq şüşəpaketin dəyəri -m² -180