İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatının öyrənilməsi nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Satınalma predmeti: Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatının öyrənilməsi
ÜSL kod (kateqoriya): 79320000-3 İctimai rəy sorğusu xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 12.04.2023 15:23
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 18.05.2023 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ülvi Xəlilov, Xəzinədarlıq departamenti Risklərin idarə olunması şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 441-24-23 (daxili 125)
Çatdırılma yeri - Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı)
Çatdırılma müddəti - Satınalma müqaviləsinin icra müddəti 4 ay nəzərdə tutulur.
1. Sorğunun keçirilməsinin məqsədi - Kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbatın, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsidir. 2. Sorğunun keçirilməsi zamanı proporsionallığın təmin edilməsi və sorğuların ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölçüsündən və hüquqi-təşkilati formasından asılı olmayaraq ölkənin iqtisadi rayonları və iqtisadiyyatın qeyri-neft sektorlarını əhatə etməsi üçün, sahibkarlıq subyektlərinin seçimində "klaster" seçimi metodundan istifadə edilməsi nəzərdə tutulur. Metoda əsasən sorğu edilən sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi iqtisadi sahə; sahibkarlıq subyektinin həcmi (mikro, kiçik, orta); fəaliyyət göstərdiyi region üzrə bölünməli və klaster kimi sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi iqtisadi sahə götürülməlidir. 3. Hər klasterdə aşağıdakı cədvələ uyğun müsahibə keçirilməli və hər bir klasterdə təsadüfi addım seçimi metodologiyasından istifadə olunmalıdır. № İqtisadi sektor Sorğuların sayı 1. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 90 2. Emal sənayesi 220 3. Ticarət; nəqliyyat vasitələrinin təmiri 440 4. Nəqliyyat və anbar təsərrüfatı 33 5. Turistlərin yerləşdirilməsi və ictimai iaşə 88 6. Tikinti 165 7. İnformasiya və rabitə 33 8. Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 11 9. Təhsil 15 10. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 5 Cəmi 1100 4. Sorğu ölkənin iri şəhər və iqtisadi rayonlarında aşağıdakı qaydada keçirilməlidir: № Şəhər/Rayon Sorğuların sayı 1. Bakı şəhəri 1000 2. Abşeron iqtisadi rayonu, o cümlədən 22 Sumqayıt şəhəri 11 3. Gəncə-Qazax iqtisadi rayonu, o cümlədən 16 Gəncə şəhəri 9 4. Şəki-Zaqatala iqtisadi rayonu, o cümlədən 13 Şəki şəhəri 5 5. Lənkəran iqtisadi rayonu, o cümlədən: 13 Lənkəran şəhəri 7 6. Quba-Xaçmaz iqtisadi rayonu 9 7. Aran iqtisadi rayonu, o cümlədən 27 Mingəçevir şəhəri 5 Cəmi 1100 5. Sorğu ən azı 1100 sahibkarlıq subyekti arasında keçirilməlidir. 6. Sorğu təqdim edilən anketin suallarının respondentlər tərəfindən cavablanlandırılması metodu ilə aparılmalı və nəticələri xüsusi statistik proqramlar (SPSS və s.) vasitəsilə təhlill edilməlidir. 7. Sorğunun keçirilməsi zamanı nəzarət məqsədi ilə, yığılan datanın online qaydada gündəlik şəkildə CAPİ (Computer Assisted Personal Interviewing) sistemində yığılması (toplanması) təmin edilməlidir. 8. Sorğunun keçirilməsi üzrə xidmətlər aşağıdakı mərhələlərdən ibarətdir: a. Sorğuda istifadə olunacaq suallar toplusunun hazırlanması və Sifarişçi ilə razılaşdırılması - Satınalma müqaviləsinin imzalanmasından etibarən - 1 ay müddətində; b. Sorğunun keçirilməsi - Suallar toplusunun razılaşdrılmasından etibarən - 2 ay müddətində; c. Sorğunun nəticələrinin emalı və Sifarişçiyə təqdimi - 1 ay müddətində. 9. Sorğunun nəticələrinin emalı başa çatdıqdan sonra 5 iş günü müddətində sorğunun keçirilməsi zamanı respondentlər tərəfindən cavablandırılmış sual saxlanılmaq üçün Sifarişçiyə təqdim olunmalıdır. 10. Sorğunun nəticələrinə dair Sifarişçiyə geniş hesabat və təqdimat təqdim edilməlidir. Hesabatda sorğunun keçirilməsi üsulları, qaydası, yeri, nəticələrin emalı metodologiyası haqqında məlumat qeyd olunmalı, sorğuda qeyd olunmuş hər bir sualın icmalı, habelə ayrı-ayrı klasterlər və ümumilikdə sorğuda iştirak etmiş ev təsərrüfatlarının sorğunun predmeti olan məsələ ilə bağlı icmalı qeyd olunmalıdır.