İpoteka və Kredit Zəmanət Fondu işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası üçün təkliflər sorğusu elan edib.
Eləcə də bax: İTV sığortaçı seçir - TENDER
FED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 17-si, saat 18:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 598-11-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. (Report)