İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
Eləcə də bax: Dövlət Agentliyi 79 min manata sorğu keçirəcək - TENDER
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 2-İ, saat 11:00-a, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 12-İ, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi noyabrın 13-də, saat 11:00-da Portalda açıqlanacaq. (Report)