Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulmasına, şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə qoşulması işlərinin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: (+99412) 565-02-38
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 24.05.2023 10:30
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 08.06.2023 11:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.