İnnovasiyalar Mərkəzi "Həsən Əliyev 36 küçəsində yerləşən 1700 kv.m. ofis sahəsinin gündəlik təmizlik işlərinin görülməsi" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Parlaq Məkan" MMC qalib olub.
Qalib şirkətə 82 900 manat ödəniləcək.
Xatırladaq ki, təmizlik xidmətinə daxildir: 12 ay ərzində 1700 kv.m. Bakı ş., Həsən Əliyev küçəsi 36 gündəlik təmizlik işlərinin görülməsi. Təmizliyə aid avadanlıqlar və mal-materialların daimi təminatı, o cümlədən: maye əl sabunu, zibil torbaları, tualet kağızı, sensorlu əlqurulama kağızı və aparatı, hava təravətləndiriciləri, tualet qovşaqları üçün xüsusi tabletlər, bütün kimyəvi maddələr və avadanlıqlar, işçilər üçün uniformaların təminatı. İnzibati binada olan mətbəxlərin daima təmiz saxlanması stəkanların, çaydanların, dəm çaydanlarının, qəhvə maşınlarının təmizlənməsi və qab-qaşıqların təmiz saxlanması; Mərkəzin inzibati binasında olan bütün soyuducuların ayda bir dəfə ümumi təmizlənməsi; İnzibati binada bütün otaq, sanitar qovşaqları və dəhlizlər daxil olmaqla, mətbəx istirahət otaqları və.s. həftədə bir defe dezinfeksiya işləri (həftənin son iş günü). Mərkəzin qarşısında quraşdırılmış bayraqların kimyəvi təmizlənməsi (balaca bayraqlar-bir aydan bir, İri bayraq-üç aydan bir) təmizlik vaxtı bayrağın montaj-demontaj edilməsi mütləqdir və bayraq iplərinin saz saxlanılması icraçının öhdəliyindədir. Binanın daxilində təmizlik işləri, o cümlədən sanitar qovşaqların, liftlərin (çöldən və içəridən), mebel üzlüklərin, arakəsmə şüşələrin, döşəmələrin, ofis mebellərinin, yumşaq ofis oturacaqlarının, jalyuzların, xalçaların, spotların təmizlənməsi, zibillərin çeşidlənərək daşınması, parça üzlü oturacaqların kimyəvi təmizlənməsi, binada quraşdırılmış iri monitorların xüsusi avadanlıqlarla təminatı və təmizlənməsi. Reklam lövhələrinin (çöl lövhələrinin və inzibati binanın daxilində olan reklam lövhələri) ehtiyac olduğu təqdirdə təmizlənməsi və içərilərinin yuyulması.