Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi Sahibə Paşa qızı Səfərova ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
"DOST" Agentliyi 320 min manatlıq servis xidmətləri alır - TENDER NƏTİCƏSİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 969.999,94 manat təşkil edir.